Rəşad Əhmədov: İl ərzində evə bir neçə dəfə ziyan dəysə də ödəniş yalnız bir dəfə olur

11:06 - 24.06.2019


24 iyun, Fineko/abc.az. Azərbaycanda bir avtomobilin il ərzində bir neçə dəfə qəza törətməsi zamanı sığorta şirkətləri bütün ödənişləri həyata keçirir. Bu yalnız avtomobillərin sığortalanmasında var.

Bunu İcbarı Sığorta Bürosunun İcraçı direktoru Rəşad Əhmədov deyib.

Onun sözlərinə görə, əmlak sığortasında və digər sığorta növlərində isə belə hal yoxdur: "Məsələn bir ev təbii fəlakət zamanı bir neçə dəfə ayrı-ayrı zamanlarda qəza vəziyyətinə düşərsə hər dəfə ödəniş olmur. Yalnız bir dəfə ödəniş həyata keçirilir. Digər zamanlarda ev sahibi özü cibindən xərc çəkməklə qəzanı aradan qaldırmalıdır".

 

Bütün xəbərlər