330x110
 

Mikrosığorta sistemi mexanizminin yaradılması ilə bağlı işlər görülür

24.06.2019,12:11


24 iyun, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatası formalaşdırıldıqdan sonra sığorta sektorunda yığımlar daha da yaxşılaşıb.

Bunu bu gün Sığorta haqqında KİV üçün keçirilən seminarda Palatanın Sığorta Fəaliyyətinə nəzarət departamentinin rəisi Firdovsi Ağaşirinov açıqlayıb.

Departament rəisi sığorta nəzarəti mexanizminin gücləndirilməsinə də toxunaraq Palatanın bu istiqamətdə ciddi tədbirlər gördüyünü qeyd edib: "Sığorta sektorunun inkişafı ilə bağlı bir sıra işlər həyata keçirilir. Bunlar aqrar sığortanın inkişafı və kənd təsərrüfatı sığortası mexanizminin yaradılmasıdır. Artıq bununla bağlı model müəyyənləşib və Palata tərəfindən işlər daha da sürətləndirilib. Həmçinin mikrosığorta sistemi mexanizminin yaradılması ilə bağlı da işlər görülür".