Depozit hərracında AMB 150 milyon manat cəlb etdi

24.06.2019,12:12


24 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirib.

AMB-dan verilən məlumata əsasən, 24 iyun tarixində hərracda Mərkəzi Bank 150 milyon manat cəlb edib.

“Depozit hərracında təklif  813,4 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdir. Vəsaitlər 14 gün müddətinə cəlb edilib”, - AMB-dan  təqdim edilən məlumatda belə deyilir.

Depozit hərraclarını AMB 2016-cı ilin iyun ayından etibarən keçirir.