80 dövlət əmlakı hərraca çıxaralıcaq

15:00 - 24.06.2019


24 iyun, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac  23 iyul tarixində keçiriləcək.

Bu hərraca ümumilikdə 80 dövlət əmlakı çıxarılıb, onlardan 31 kiçik dövlət müəssisəsi və obyekti, 16 səhmdar cəmiyyəti, 29 nəqliyyat vasitəsi və 4 qeyri-yaşayış sahəsidir.

Komitədən verilən məlumata görə, Budəfəki hərracda investorlar səhmdar cəmiyyətlərinin 30%-45%-lik səhm paketləri üzrə seçim edə bilər. “Yevlax yun”, “Daşkəsən Aqrotexservis”, “Salyan Kəndkimya” kimi səhmdar cəmiyyətləri müxtəlif şəhər və rayonlarda yerləşir.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin ilkin hərrac qiymətləri 1000 manat ilə 6 min manat arasındadır.

 

Bütün xəbərlər