Dövlət Turizm Agentliyi kotirovka sorğusu elan edir

24.06.2019,15:05


24 iyun, Fineko/abc.az. Dövlət Turizm Agentliyi mehmanxana, restoran və şərab istehsalı və satışı obyektlərində biznesin düzgün idarə olunması və heyətin peşəkarlığının artırılması üçün məsləhət xidmətlərinin satın alınması məqsədilə kotirovka sorğusu elan edir.

Elanda qeyd olunur ki, kotirovka təklifi tələb olunan formada hazırlanaraq, üzərində hüquqi şəxsin adı və ünvanı göstərilməklə möhürlənmiş qapalı zərfdə 5 iyul 2019-cu il saat 18.00-a qədər Bakı,Nizami küçəsi 96 E, Landmark I, 3-cü mərtəbəyə Dövlət Turizm Agentliyinə təqdim olunmalıdır.

Tel.:(994 12) 505 87 04 (əlavə 2303).