Azər Kərimov: Bir gündə qəzaya düşmüş 5 və ya 6 avtobus sığorta üçün müraciət edir

24.06.2019,17:03


24 iyun, Fineko/abc.az. Bir gündə 5 və ya 6 qəzaya düşmüş "Baku Bus" avtobusu sığorta ilə bağlı müraciət edir.

Bunu Paşa Sığortanın Sığorta İddiaları və Hüquqi Təminat Departamentinin rəhbəri Azər Kərimov sığortalanmış "Baku Bus"-un avtobuslarının qəzasına münasibət bildirərkən açıqlayıb.

O qeyd edib ki, 2 il bundan əvvəllə müqayisədə indi rəqəmlərdə azalma var: "Sığortalı "Baku Bus" avtobuslarının qəza törətməsində yarıyadək azalma var. Xüsusi ilə yay aylarında məktəblərin bağlanması, insanların tətilə çıxmasından sonra avtobusların qəzaya düşməsi halları xeyli azalıb. Qəzaların azalmasının başqa səbəblərindən biri də, "Baku Bus" avtobusları sürücülərinin daxildə təlimlərə qatılması və özlərini təkmilləşdirmələridir".