Paşa Sığorta rəsmisi: Region ölkələrində filial açmaq fikrimiz yoxdur

17:05 - 24.06.2019


24 iyun, Fineko/abc.az. Yaxın gələcəkdə region ölkələrində nümayəndəlik açmaq fikrimiz yoxdur.

Bunu jurnalistlərlə keçirilən görüşdə Paşa Sığortanın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Nuranə Teymurova bildirib.

O qeyd edib ki, nümayəndəlik açmazdan öncə şirkətimiz region bazarında araşdırmalar, təhlillər aparır və sonra qərar verir: "Araşdırmalardan sonra nümayəndəlik açıb-açmamaq barədə qərar veririk. Hazırda belə bir qərar yoxdur. Region ölkələrindən Türkiyədə nümayəndəlik açmağı  ümumiyyətlə nəzərdə tutmuruq. Naxçıvana gəlincə, burda da filial açmaq planımız yoxdur".

Bütün xəbərlər