Heydər Əliyev prospektinin bir zolağında hərəkət məhdudlaşdırılıb

25.06.2019,10:42


25 iyun, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, paytaxtın Heydər Əliyev prospektinin orta yol mərkəz istiqamətində təmir işləri ilə əlaqədar zolaqla nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Bu səbəbdən qeyd edilən istiqamətdə sıxlıq müşahidə olunur.