Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyətə çevrildi

10:57 - 25.06.2019


25 iyun, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən daha bir şirkət hüquqi formasının dəyişdiyini elan edib.

"Merkuri Bank Olmayan Kredit Təşkilatı" MMC təşkilatının elanına əsasən, şirkət hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib.

Qeyd edək ki, "Merkuri Bank Olmayan Kredit Təşkilatı" 2012 ci il sentyabrın 26-da məhdud məsuliyyətli cəmiyyət olaraq dövlət qeydiyyatına alınıb. 2013 cü il fevral 1-də isə təşkilata Azərbaycan Respublikası Mərkəzi bankı tərəfindən kreditlərin verilməsi və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə məşğul olmaq hüququ verən lisenziya verilib.

 

Bütün xəbərlər