Ötən il fəaliyyətə başlayan sığorta şirkəti daha iki yeni məhsulunun satışına hazırlaşır

11:59 - 25.06.2019


25 iyun, Fineko/abc.az. Bir müddət əvvəl fəaliyyətə başlayan “Xalq Həyat Sığorta” şirkəti icbari sığorta növündən başqa yaxın vaxtlarda daha iki yeni məhsulunun satışına başlayacaq.

Bu barədə məlumatı şirkətdən bildiriblər.

Yeni məhsullar İstehlak krediti və ipoteka krediti götürənlər üçün həyat sığortasıdır. Şirkətdən bildiriblər ki, sözügedən məhsullar üzrə aktiv satışların həyatat keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı şirkətdə könüllü sığortanın satışı ilə də bağlı ciddi işlər həyata keçirilir.

Hazırda nizamnamə kapitalı 15 milyon manat olan şirkətin İcbari sığorta növü, İstehsalatda bədbəxt hadisə, Peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsindən sığorta məhsulları mövcuddur.

Qeyd edək ki, “Xalq Həyat Sığorta” ötən ilin noyabr ayında yaradılıb. Şirkətin səhmdarı 100% “Xalq Sığorta”dır.

 

Bütün xəbərlər