Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib

15:10 - 25.06.2019


25 iyun, Fineko/abc.az. İyunun 25-də Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib.

Forumda çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev hər iki tərəfin işgüzar dairələri arasında baş tutan biznes forumun Azərbaycanın və Monteneqronun iqtisadi əməkdaşlığını daha da genişləndirəcəyini deyib.

Nazir qeyd edib ki, Azərbaycan və Monteneqro arasında beş yeni müqavilənin imzalanması üzrə iş aparılır.

Nazir müqavilələrin sayının dövlətlərarası komissiyanın növbəti iclasınadək həm hökumətlərarası səviyyədə, həm də şirkətlər arasında artacağının gözlənildiyini qeyd edib.

Bütün xəbərlər