"Azmont Investments" şirkəti “Portonovi Resort Montenegrо” kurort layihəsinə 900 mln. avro investisiya yatıracaq

15:14 - 25.06.2019


25 iyun, Fineko/abc.az. İyunun 25-də Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib.

Forumda çıxış edən Monteneqronun Baş Naziri Duşko Markoviç Azərbaycanın "Azmont Investments" şirkəti Monteneqronun “Portonovi Resort Montenegrо” kurort layihəsinə 900 milyon avrodan çox investisiya yatıracağını bildirib.

Baş Nazir bunun Monteneqroda reallaşdırılan ən iri layihə olduğunu deyib.

Bundan baqşa o, Azərbaycan sahibkarlarını nəqliyyat və infrastruktur layihələrinə investisiya yatırmağa dəvət edir. “Biz hazırda Monteneqronun şimal rayonlarının inkişafında maraqlıyıq. Bununla əlaqədar kənd təsərrüfatı, nəqliyyat və infrastruktur sahələrində Azərbaycanla əməkdaşlıq maraq kəsb edə bilər. Biz Azərbaycan investorlarını bu sahələrə vəsait yatırmağa dəvət edirik”, - deyə D.Markoviç qeyd edib.

Bütün xəbərlər