Yeni “Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verilib

16:09 - 25.06.2019


25 iyun, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondunun yeni “Elektron ipoteka və kredit zəmanət” sistemi əhalinin və Fondun müvəkkil təşkilatlarının (banklar, sığortaçılar və qiymətləndiricilər) istifadəsinə verilib.

Fondun yaydığı məlumatda qeyd olunur ki, son dövrlərdə ölkədə avtomatlaşdırma proseslərinin geniş miqyasda tətbiqi, ölkə başçısının elektron xidmətlərin göstərilməsi ilə bağlı müvafiq fərmanlarından irəli gələn tapşırıqların icrası, eləcə də Fondun institusional idarəetməsi və fəaliyyət istiqamətləri üzrə həyata keçirilən dəyişikliklər yeni “Elektron ipoteka və kredit zəmanət” sisteminin yaradılmasını zəruri edib.

Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 30 nömrəli Fərmanı ilə “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında” Əsasnamə təsdiq edilib. Yeni istifadəyə verilən sistem ən müasir texnoloji platforma üzərində qurulub. Proqramlaşdırma dili olaraq JAVA, PHP, verilənlər bazası olaraq “ORACLE 12C Enterprise Edition” üzərində qurulmuş sistem Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzində “AZCLOUD TIER III” standartına malik bulud texnologiyası üzərində tətbiq edilib.

Bütün xəbərlər