Bu il sığorta şirkətləri 93 mln. manat sığorta ödənişləri həyata keçirib

25.06.2019,17:00


25 iyun, Fineko/abc.az. Cari ilin ilk 5 ayında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 319,3 milyon manat məbləğində sığorta haqları toplanıb, 93,8 milyon manat məbləğində sığorta ödənişləri həyata keçirilib.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası məlumat yayıb.

Bildirilib ki, könüllü sığorta bazarı üzrə haqlar 212,7 milyon manat, ödənişlər isə 64 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 106,6 milyon manat, ödənişlər isə 29,8 milyon manat olub.

Beş ayda sektor üzrə məcmu sığorta haqlarının 66,6 %-i könüllü, 33,4 %-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 68,3 %-i könüllü, 31,7 %-i icbari sığorta növləri hesabına formalaşıb.