Cari ildə qeyri-həyat sığortasının haqları üzrə artım müşahidə olunub

17:37 - 25.06.2019


25 iyun, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatası 2019-cu ilin yanvar-may ayları üzrə sığorta bazarının göstəricilərini açıqlayıb.

Bildirilir ki, ötən ilin yanvar-may ayları ilə müqayisədə qeyri-həyat sığortasının haqları üzrə həm könüllü 2% (2,4 mln. manat), həm də icbari növləri 10% (7,7 mln. manat) üzrə artım müşahidə edilmişdir.  Qeyd edək ki, qeyri-həyat sığortası növündə artım əsasən tibbi sığorta 20% (10,6 mln. manat) və daşınmaz əmlakın icbari sığortası 33,0% (4,0 mln. manat) üzrə olub.

Bundan əlavə həyat sığortasının icbari növü üzrə isə artım 18% (3,5 mln. manat) qeydə alınmışdır.

Bütün xəbərlər