AMB 200 milyon manat həcmində qısamüddətli notlar yerləşdirib

17:45 - 25.06.2019


25 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

Bakı Fond Birjasının xəbərinə əsasən, iyunun 25-də AMB 50100976S dövlət qeydiyyat nömrəli,  200 milyon manat həcmində, 29 gün müddətinə qısamüddətli notlar yerləşdirib.

Hərrac zamanı 16 investor tərəfindən qiyməti 99,4787 AZN (6.51%) olan 22 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 727 692,7 min AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99,4787 AZN (6.51%), orta ölçülmüş qiyməti də eyni səviyyədə müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200  min  AZN təşkil etmişdir.  

Notların ödəmə tarixi: 24 iyul 2019-cu il.

 

Bütün xəbərlər