Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

17:15 - 3.10.2017


4 oktyabr tarixində, Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

“Bakı fond birjası” QSC-nin xəbərinə əsasən, cəmi 250 milyon manat həcmində notlar yerləşdiriləcək.

Hər notun qiyməti 100 manat, buraxılışının dövriyyə müddəti isə 28 gün təşkil edəcək.

Bütün xəbərlər