Avtonəqliyyat vasitələrinin sığortasında nə qədər sığorta haqları olub?

11:05 - 27.06.2019


27 İyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Maliyyə Bazarlarına Nəzarət Palatası 2019-cu ilin yanvar-may ayları üzrə sığorta haqları və sığorta ödənişləri üzrə hesabat açıqlayıb.

Hesabata əsasən avtonəqliyyat vasitələrinin sığortası növündə 12357,3 min manat sığorta haqları, 4548,4 min manat sığorta ödənişləri həyata keçirilib.

Hava nəqliyyatı vasitələrinin sığortasında 5184,6 min manat sığorta haqları yığıldığı halda, 4521,2 min manat da adıçəkilən növ üzzə sığorta ödənişləri olub.

Su nəqliyyatı vasitələrinin sığortası növündə xeyli sığorta haqları yığılsa da, ödənişər ürəkaçan olmayıb.

Belə ki, sözügedən növ üzrə 3445,0 min manat sığorta haqları olub, sığorta ödənişləri isə ümumiyyətlə həyata keçirilməyib.

Bütün xəbərlər