AZPROMO sahibkarlara müraciət edib

12:30 - 27.06.2019


27 iyun, Fineko/abc.az. Avqustun 22-də Özbəkistanın Sırdərya vilayətinin Gülüstan şəhərində “I Beynəlxalq İnvestisiya Forumu” keçiriləcək.

Forumda ticarət-iqtisadi sahədə əməkdaşlıq, investisiya potensialı, kənd təsərrüfatının inkişafı, tikinti sənayesinin perspektivləri və turizm sahələri üzrə müzakirələr aparılacaq.

Bu bərədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) məlumat yayıb.

Fond ölkəmizdə fəaliyyət göstərən sahibkarlara müraciət edərək, onları  forumda iştirak etməyə dəvət edir.

 

Bütün xəbərlər