Azərbaycan parlamenti 2019-cu il dövlət büdcəsinə dəyişiklikləri birinci oxunuşda qəbul etdi

14:00 - 27.06.2019


27 iyun, Fineko/abc.az. İyunun 27-də keçirilən plenar iclasda Azərbaycan parlamenti 2019-cu il dövlət büdcəsinə dəyişiklikləri ilk oxunuşda qəbul edib.

Dəyişikliklər büdcənin xərc hissəsinin bəzi maddələrində nəzərdə tutulub.

Əlavə 150 milyon manat  “Müdafiə xərcləri” maddəsinə yönəldiləcək. Müdafiə xərcləri 3 187 618,152 min manata qədər artacaq.

Əmək və Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ayrılan vəsaitin həcmi 150 milyon manat azaldılır.

Parlamentin DSMF-nin büdcəsinə etdiyi dəyişikliklərə əsasən, Fondun 2019-cu il üçün gəlir və xərcləri 200 milyon manat artaraq, 4 128,104 milyon manata çatdırılır.

Bundan başqa, parlament Azərbaycan işsizliyindən Sığorta Fondunun büdcəsinə dəyişiklikləri təsdiq edib və bu dəyişikliyə əsasən, Fondun 2019-cu ildə gəlir və xərcləri 15 milyon manat artırılaraq, 98 451,4 min manata çatdırılır.

 

Bütün xəbərlər