Xarici valyutada olan depozitlər artıb

14:14 - 27.06.2019


27 iyun, Fineko/abc.az. 2019-cu ilin mayayında fiziki şəxslərin əmanətləri 8,527.6 mln. manat təşkil edib.

Bu statistik rəqəmlər Maliyyə Bazarlarına Nəzarət Palatasının bu ilin əvvəlindən may ayının 31-ə qədər olan dövr ərzində yaydığı hesabatda qeyd olunub.

Hesabata əsasən, may ayında milli valyutada olan əmanətlər 1.3% (47.7 mln. manat) artıb. Hüquqi şəxslərin cəmi depozitləri may ayında 0.3% (29.1 mln. manat) artaraq 10,205.5 mln. manata çatıb. Ay ərzində müddətli depozitlər 18.5% (319.0 mln. manat) artaraq 2,046.7 mln. manat təşkil edib. Milli valyutada olan depozitlər 3.3% (128.0 mln. manat) artaraq 3,971.0 mln. manata çatıb. Xarici valyutada olan müddətli depozitlər 22.1% (331.8 mln. manat) artaraq 1,836.5 mln. manata çatıb.

Bütün xəbərlər