330x110
 

Pensiya kapitalı inflyasiya səviyyəsinə görə ildə bir dəfə indeksləşdiriləcək

27.06.2019,15:05


27 iyun, Fineko/abc.az. Azərbaycan Parlamentinin plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər qəbul edilib.

Dəyişikliklərə əsasən, sığortalının şəxsi hesabının sığorta hissəsinin pensiya kapitalı, ölkədə inflyasiyanın illik səviyyəsinə görə ildə bir dəfə indeksləşdiriləcək.

Hazırda pensiya kapitalı əmək pensiyasının sığorta hissəsi ilə yanaşı, ildə bir dəfə orta aylıq nominal əmək haqqının artım səviyyəsinə görə indeksləşdirilir.

Qanunda dəyişikliklər həmçinin 1 oktyabr 2019-cu il tarixindən minimum əmək pensiyasının 25%, 160 manatdan 200 manatadək artırılmasını nəzərdə tutur.