330x110
 

“Nəsimi ili” çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinə 1 mln. manat ayrıldı

27.06.2019,17:31


27 iyun, Fineko/abc.az. Prezident İlham Əliyev  2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirəcəyi bir sıra tədbirlərin maddi təminatı haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən “Nəsimi ili” çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirəcəyi tədbirlərin maddi təminatı üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 1 milyon manat ayrılıb.