“Progress” sığorta agentliyinin lisenziyası dayandırılıb

10:14 - 5.12.2017


5 dekabr, Fineko/abc.az. “PROGRESS-SIĞORTA AGENTLIYI” MMC-nin fəaliyyəti üçün verilmiş  lisenziyanın qüvvəsi 1 ay müddətinə dayandırılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına əsasən, şirkətə, öz fəaliyyətində nöqsanların aradan qaldırılması üçün bir ay vaxt verilib.

“Aparılmış yoxlama zamanı  şirkətin fəaliyyətində  sığorta qanunvericiliyin tələblərinin  pozulması faktları  aşkar edilmişdir. Cəmiyyət tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemi formalaşdırılmamışdır. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq müvafiq işçilərinin attestasiyadan keçirilməsi təmin olunmamışdır”, - Palatanın məlumatında belə deyilir.

Nöqsanların təqdim edilmiş vaxt ərzində aradan qaldırılmayacağı təqdirdə həmin sığorta agentliyinin lisenziyasının  ləğvi məsələsinə baxılacaq.

 

 

Bütün xəbərlər