330x110
 

Yaxın vaxtlarda TARSİM Azərbaycanda da tətbiq olunacaq

28.06.2019,14:37


28 iyun, Fineko/abc.az. Yaxın vaxtlarda Türkiyənin aqrar sığorta mexanizmi TARSİM əməliyyat modeli Azərbaycanın kənd təsərrüfatında tətbiq olunmağa başlanacaq.

Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev "Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar" adlı Beynəlxalq Sığorta Forumunda jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, tətbiq olunacaq sistem kənd təsərrüfatı sahəsində dünya ölkələri arasında işlənən ən mütərəqqi modeldir: “Dünən artıq qanun qəbul olundu, indi bir neçə addımlar var. Onlardan birincisi təbii ki, cənab prezident tərəfindən qanunun təsdiq olunmasıdır. Eyni zamanda aqrar sığorta orqanı təsis olunmalıdır. Sığorta şirkətlərinin iştirakı ilə idarəedici qurum yaradılmalıdır, elektron sistem istifadəyə verilməlidir. Çalışacağıq və məqsədimiz ondan ibarətdir ki, bunu ən qısa zamanda həyata keçirək ki, heç olmasa növbəti əkin ilindən fermerlər artıq bundan istifadə edə bilsinlər”.