“Azərkosmos” ASC may ayında 2,3 mln. dollarlıq xidmət ixrac edib

16:02 - 28.06.2019


28 iyun, Fineko/abc.az. 2019-cu ilin yanvar-may aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 18 ölkəsinə 16,1 milyon dollar dəyərində xidmət ixrac edilib.

Xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 %-ni təşkil edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat verib.

Məlumatda qeyd edilir ki, 2019-cu ilin may ayında isə “Azərkosmos” ASC dünyanın 16 ölkəsinə 2,3 milyon dollar dəyərində xidmət ixrac edib.

“Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar-may aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Malayziya, Fransa, Birləşmiş Krallıq və BƏƏ-dir.

 

Bütün xəbərlər