Bu il Azərbaycanın ixracı 8,6 mlrd. dollar təşkil edib

16:30 - 28.06.2019


28 iyun, Fineko/abc.az. 2019-cu ilin yanvar-may ayları ərzində Azərbaycan Respublikasının ixracı 8,6 milyard dollar təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,3 milyard dollar və ya 17% artıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin iyun sayında dərc edilib.

Qeyd edilir ki, bu müddətdə qeyri-neft sektoru üzrə isə 787 milyon dollar dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-may ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 119 milyon dollar və ya 18%  artıb.

Bütün xəbərlər