Ölkəyə gələn əcnəbilər bank kartları ilə 475 mln. manatlıq əməliyyatlar aparıblar

16:59 - 28.06.2019


28 iyun, Fineko/abc.az. 2019-cu ilin yanvar-may aylarında  Azərbaycana 1094,8 min və ya 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 3,7 % çox əcnəbi gəlib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, 2019-cu ilin yanvar-may ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri  475,7  milyon manat olub.

Bu ilin may ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları isə 100,9  milyon manat təşkil edib.

 

Bütün xəbərlər