Bu il meyvə-tərəvəz ixracı 241 mln. dollar təşkil edib

17:23 - 28.06.2019


28 iyun, Fineko/abc.az. 2019-cu ilin ilk beş ayı ərzində meyvə-tərəvəz ixracı 241 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 89,9 milyon, pambıq lifi ixracı 68,8 milyon, elektrik enerjisinin ixracı 51,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 37 milyon, kimya sənayesi məhsullarının ixracı 30,2 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 25 milyon, pambıq ipliyi ixracı 12,3 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 11,8 milyon dollar təşkil edib.

Bu barədə  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin iyun sayında dərc edilib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-may aylarında pambıq lifinin ixracı 2,7 dəfə, alkoqollu və alkoqolsuz içkilərin ixracı 93 %,  pambıq ipliyinin ixracı 62 %, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 52 %, meyvə-tərəvəzin ixracı 27 %, kimya sənayesi məhsullarının ixracı 27 % artıb.

 

Bütün xəbərlər