Qeyri-neft sektoru üzrə ən çox ixrac edilən malların siyahısı verilib

17:36 - 28.06.2019


28 iyun, Fineko/abc.az. Cari ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına tomat (104,2 milyon dollar) liderlik edib.

Bu siyahıda mahlıc (68,1 milyon dollar) ikinci və qabığı təmizlənmiş meşə fındığı (62 milyon dollar) üçüncü yerdə qərarlaşıb.

Bu barədə  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin iyun sayında dərc edilib.

Qeyd edilir ki, 2019-cu ilin may ayında qeyri-neft sektoru üzrə ixracda tomat (54,6 milyon dollar) birinci, kartof (20,2 milyon dollar) ikinci, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (12,9 milyon dollar) üçüncü olub.

 

Bütün xəbərlər