330x110
 

Bakıda YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası işə başlayıb

01.07.2019,10:02


1 iyul, Fineko/abc.az. İyunun 30-da YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi keçirilib.

Birinci vitse-prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva açılış mərasimində iştirak etmişdir.

Bakıda keçirilən sessiyada Dünya Mədəni İrs Siyahısına daxil olunmaq üçün təqdim olunan 42 ərizənin 36-nın təqdimatına baxılacaq. Bunlardan 6 təklif təbii, 28 - mədəni və 2 - qarışıq (təbii və mədəni) irsə aiddir.

Tədbirdə dünyanın 180-dən çox ölkəsindən 2,5 mindən çox nümayəndə iştirak edir.