Qızıl kəskin ucuzlaşdı

10:17 - 1.07.2019


1 iyul, Fineko/abc.az. Dünya birjalarında satılan qızıl kəskin ucuzlaşıb.

Belə ki, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 18,02 dollar ucuzlaşdığı məlum olub. Hazırda qızılın unsuyası 1 395,70 dollara ticarət olunur.

Gümüşün unsiyasının qiyməti isə qızılla müqayisədə elə də çox azalmayıb. 0,07 dollar azalan gümüşün unsiyası hərraclarda 15,27 dollara satılıb.

Bütün xəbərlər