Rəşad Əhmədov: Qəzalar zamanı sığorta ödənişləri daha sürətli veriləcək

10:47 - 1.07.2019


1 iyul, Fineko/abc.az. Yenicə tətbiqinə başlanılan Hadisələrin İdarə Edilməsi sistemi sığorta haqlarının hesablanmasında "bolus molus" sisteminin effektli şəkildə işləməsinə səbəb olacaq.

Bunu İcbari Sığorta Bürosunun direktoru Rəşad Əhmədov deyib.

Onun sözlərinə görə, "4 nömrəli forma"nın da elektronlaşması da sığortalılara xeyli yardəm etmiş olacaq: "Artıq avtomatik formada Daxili İşlər Nazirliyinə olan inteqrasiya sayəsində "forma 4"-ün tez bir zamanda sığortalılara çatdırılması mümkün olacaq. Bu da təbii ki, qəza zamanı sığorta ödənişlərinin sürətli şəkildə verilməsini mümkün edəcək. Bununla yanaşı hadisələrin idarə edilməsi sistemində mobil aplikasiyaların tətbiqi nəzərdə tutulur".

Bütün xəbərlər