Muğanbank təminatsız riteyl kreditlərinin verilişini dayandırıb

11:24 - 1.07.2019


1 iyul, Fineko/abc.az. Ötən il ərzində, Muğanbank , korporativ kreditləşdirmənin, əsasən infrastruktur və kənd təsərrüfatı sektorlarında  inkişafını davam etdirmiş, eyni zamanda təminatsız riteyl kreditlərinin verilişinni dayandırıb.

Bu barədə məlumat “Muğanbank”-ın yaydığı hesabatda açıqlanıb.

Hesabatda qeyd olunur ki, müsbət amil kimi, bankın müştəri bazası müştərilərin artan inamı və Azərbaycan iqtisadiyyatının davamlı sağlamlaşdırılması sayəsində ötən üç illə müqayisədə az volatil olub. Həmçinin kredit fəaliyyətində ümumi artım sistemin orta göstəricisi 11% ilə müqayisədə iddiasız səviyyədə qalaraq 5% təşkil edib.

Bu arada, bankın gəlir potensialı olduqca zəif səviyyədə qalıb, orta kapitalın gəlirliliyi isə xalis faiz marjası üzərində təzyiq, eləcə də əməliyyat səmərəliliyinin zəif olması ilə əlaqədar 2.0%-dən aşağı olub. (Muğanbankda xərclərin gəlirlərə nisbəti  rəqiblərinin orta göstərici 50%-55% ilə müqayisədə 2018-ci ilin sonunda 80% təşkil etmişdir)

Hesabatda qeyd olunur ki, bank növbəti iki il müddətində Muğanbankın rentabelliyinin zəif qalacağını və bankın biznes artımını dəstəkləmək üçün səhmdarı tərəfindən kapital qoyuluşlarından asılı qalmaqda davam edəcəyini gözləyir.

 

Bütün xəbərlər