2019-cu ilin 5 ayı ərzində Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun agent bankları 93,8 mln. manat məbləğində ipoteka krediti veriblər

14:23 - 1.07.2019


1 iyul, Fineko/abc.az. Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun agent bankları 2019-cu ilin yanvar-may aylarında 93,8 mln. manat məbləğində ipoteka krediti veriblər.

AMB-nin məlumatında deyilir ki, 2019-cu ilin may ayında Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun agent bankları 20,2 mln. manat, apreldə 20,9 mln. manat, martda 16,2 mln. manat, fevralda 23,5 mln. manat, yanvarda 13 mln. manat məbləğində ipoteka krediti veriblər.

Fond 2019-cu ilin yanvar-may aylarında 121,6 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

2019-cu ilin may ayında fond dövlət büdcəsindən sosial ipotekanın maliyyələşdirilməsi üçün 20 mln. manat alıb.

2019-cu ilin 5 ayı ərzində Fond istiqrazların yerləşdirilməsindən 40 mln. manat cəlb edib.

2018-ci ildə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun agent bankları 272,5 mln. manat məbləğində ipoteka krediti veriblər.

 

Bütün xəbərlər