Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3 mlrd. manatdan çox vəsait daxil edilib

14:25 - 1.07.2019


1 iyul, Fineko/abc.az. 2019-cu ilin yanvar-may aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3 milyard 139,3 milyon manat vəsait daxil edilib, proqnoza 110,1 % əməl olunub, belə ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,3 % və ya 239,9 milyon manat çox vəsait toplanıb.

Nazirlikdən verilən məlumata görə, ödənilən vergilərin 69 %-i qeyri-neft-qaz sektorunun, 31 %-i neft-qaz sektorunun payına düşüb. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının artımı proqnoza nisbətən 13,8 %, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 16,1 % (299,7 milyon manat) təşkil edib.

Cəmi vergi daxilolmalarında qeyri-dövlət sektorunun xüsusi çəkisi 76,8 %-ə yüksəlib. Qeyri-neft-qaz sektorunun özəl bölməsındən vergi ödəmələri 17,6 % artıb, onun qeyri-neft-qaz sektorundan vergi daxilolmalarda xüsusi çəkisi 77,3 %-ə, cəmi vergi daxilolmalarında xüsusi çəkisi 53,3 %-ə çatıb.

2019-cu ilin yanvar-may aylarında regionlardan vergi daxilolmaları 18,6 % artıb, regionların ümumi vergi daxilolmalarında xüsusi çəkisi 9,8 %-ə yüksəlib.

 

Bütün xəbərlər