Sumqayıt Şəhər İcra Hakimiyyəti tender elan edir

15:02 - 1.07.2019


1 iyul, Fineko/abc.az. Sumqayıt Şəhər İcra Hakimiyyətinin “Təmizlik Departamenti” MMC 2019-cu ilə məişət tullantıları üçün hər biri 1,1 kubmetrlik 580 ədəd konteynerin satın alınması məqsədilə açıq tender elan edir.

Elanda qeyd olunur ki,iddiaçılar sənədləri 1 avqust 2019-cu il saat 17.00-a qədər, tender təklifini isə  9 avqust 2019-cu il saat 18.00-a qədər təqdim etməlidirlər.

Əlaqələndirici şəxs- Gülcahan Behbudova. Telelefon: (994 50) 626-76-85. Ünvan- Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 2.

Bütün xəbərlər