Azərbaycanda ilk dəfə "Əks Kreaton" keçirilib

12:20 - 2.07.2019


2 iyul, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycanda ilk dəfə “Əks kreaton” ("Reverse Creathon") keçirilib.

Tədbiri Enterpriseazerbaijan.com portalı Britaniya Şurası və Nyukasl (Newcastle) Universiteti ilə birgə həyata keçirdiyi "Creative Spark" layihəsi çərçivəsində təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanın belə bir ilkə imza atması təqdirəlayiq olduğunu bildirib və qeyd edib ki, ilk dəfə olaraq tələbələrimiz biznes nümayəndələrinə öz təkliflərini kreaton çərçivəsində təqdim edəcəklər. Adətən biznes nümayəndələri gənclərə tövsiyyə edirdi, indi isə əksinə  gənclərimiz öz ideyaları ilə biznes modelin təkmilləşdirilməsində iştirak edəcəklər. Enterpriseazerbaijan.com portalı gənclərin biznes ideyalarının gerçəkləşməsində beynəlxalq partnyorları ilə birgə yaxından iştirak edir.

Bütün xəbərlər