AMB valyuta hərracı keçirib

12:42 - 2.07.2019


2 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti valyuta hərracı keçirib.

“İyulun 2-də Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirmişdir.  Valyuta hərracı nəticəsində ortaçəkili məzənnə 1,7000 AZN/1 USD təşkil etmişdir”, - AMB-dan verilən  məlumatda belə deyilir.

İyunin 27-də keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin  1,7000 AZN/1 USD təşkil etmişdir.

 

Bütün xəbərlər