Azərbaycanını Vergilər Nazirliyində kollegiya iclası keçirilib

12:43 - 5.12.2017


5 dekabr, Fineko/abc.az. Vergilər Nazirliyində dövlət büdcəsinin proqnoz gəlirlərinin icrasına həsr olunmuş kollegiya iclası keçirilib.

Vergilər Nazirliyinin məlumatında   qeyd edilib ki, iclasda nazir Fazil Məmmədov çıxış edib.

“2017-ci ilin yanvar-oktyabr ayları ərzində Nazirlik 134 566 yeni vergi ödəyicisini (o cümlədən, 9 864 hüquqi, 124 702 fiziki şəxs) qeydiyyata alıb”, - deyə Fazil Məmmədov bildirib.

Hesabat dövrü ərzində yüksək dövriyyəyə malik 3 189 ƏDV ödəyicisi (2 359 hüquqi şəxs, 830 fiziki şəxs) qeydiyyata alınıb.

“Hesabat  dövründə iri vergi ödəyiciləri arasında elektron auditinin əhatə dairəsi genişlənib, vergi risklərinin müəyyən edilməsi və yayındırılan vergilərin aşkarlanması məqsədilə “risklərin idarə edilməsi” sistemi kimi innovativ sistem tətbiq olunmağa başlayıb,  büdcəyə vergi daxilolmaların artımı müşahidə olunur”, - nazir belə deyib.

Vergilər Nazirliyi Kollegiyasının qərarı ilə büdcə proqnozlarının dəqiq və vaxtında icra edilməsinin təmin edilməsi məqsədilə xüsusi Qərargah yaradılıb. Qərargaha,  məsələlərinə  analitik təhlillər əsasında dəqiqləşdirilməklə vergi potensialının dəqiq və vaxtında müəyyənləşdirilmək, vergi daxilolmalarının təmin edilməsi üçün vergi nəzarəti növlərini seçmək, vergi yığımları üzrə proqnozun tam həcmdə yerinə yetirilməsinin təmin edilməsi  üçün nazirliyin struktur bölmələri arasında koordinasiya qurmaq həvalə olunub.

 

Bütün xəbərlər