Bu gün bir neçə şəhər və rayonda içməli suyun verilməsində məhdudiyyət olacaq

14:39 - 2.07.2019


2 iyul, Fineko/abc.az. “Azərsu” ASC-dən verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti səbəbindən Kür çayında bulanıqlığın  həddən çox artması ilə əlaqədar Kür Sutəmizləyici Qurğularının fəaliyyətində müvəqqəti fasilə yaranıb.

Bununla əlaqədar Hacıqabul və Şirvan şəhərlərinə, Bakının Qaradağ rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Bütün xəbərlər