Azİntelecom sığorta xidmətlərinin satın alınması üçün tender keçirir

14:56 - 2.07.2019


2 iyul, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azİntelecom” MMC sığorta xidmətlərinin satın alınması üçün açıq tender elan edir.

Tender 1 lot üzrə keçirilir, infrastruktur avadanlıqları üçün sığorta xidmətlərinin satın alınması.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak üçün sənədləri  2 avqust 2019-cu il saat 17.00-a kimi, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 14 avqust 2019-cu il saat 17.00-a kimi təqdim etməlidirlər.

Əlaqələndirici şəxs- Kamil Bektaşi. Telefon: (994 12 ) 200 00 74/72. Ünvan: Bakı , Əlibəy Hüseynzadə küçəsi 74.

 

Bütün xəbərlər