“Gilan” nizamnamə kapitalını artırdı

15:35 - 2.07.2019


2 iyul, Fineko/abc.az. İyun ayının əvvəlində “Gilan”-ın və holdinqə daxil olan bəzi şirkətlərin nizamnamə kapitallarının artırılacağı barədə məlumat verilmişdi.

Holdinqdən verilən məlumata əsasən, iyun ayının 28-də şirkətin nizamnamə kapıtalının həcmi artırılaraq, 395,850,678 manata çatdırılıb. Daha əvvəl isə bu məbləğ 22,182,402 manat təşkil edirdi.

Xatırladaq ki, daha öncə yayılmış məlumata əsasən, nizamnamə kapitalının artırılması 2019-cu ilin əvvəlində müəyyən olunmuş ümumi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilmişdir ki, bu da Holdinqin maliyyə dayanıqlığının təmin edilməsi və bazar mövqelərinin gücləndirilməsi ilə əlaqədardır.

 

Bütün xəbərlər