Azərbaycan prezidenti Rusiyanın rabitə nazirini qəbul etdi

13:00 - 5.12.2017


5 dekabr, Fineko/abc.az. Bu gün prezident İlham Əliyev Rusiyanın rabitə və kütləvi informasiya naziri Nikolay Nikiforovu qəbul edib.

Dövlət başçısının saytında deyildiyi kimi, görüş əsnasında tərəflər  Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən rabitə və texnologiyalar sahəsində uğurla inkişaf etdiyi qeyd etdilər.

Söhbət zamanı tərəflər arasında “Bakutel-2017” sərgisinin mühümlüyü, bu sərgidə Rusiyanın iştirakı və “TASIM” layihəsi çərçivəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı. 

 

Bütün xəbərlər