“Bank Standard”ın Kreditorlar Komitəsinin şikayəti qismən təmin edilib

11:35 - 3.07.2019


3 iyul, Fineko/abc.az. Hakim Nigar Rəsulbəyovanın sədrliyi ilə Ali Məhkəmə ləğv prosesində olan “Bank Standard”ın Kreditorlar Komitəsinin şikayətini qismən təmin edib.

Bunu ekspert Əkrəm Həsənov bildirib. O qeyd edib ki, Bakı Apellyasiya Məhkəməsinin qərardadı qismən, 2018-ci ilin I rübü üzrə dəqiqləşdirilmiş Ləğv Planının 3.8, 4.1, 4.2-ci bəndlərinin və 2018-ci ilin II rübü üzrə dəqiqləşdirilmiş Ləğv Planının 4.1, 4.2-ci bəndlərinin təsdiq edilməsi hissəsində ləğv edilib:"İş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilib. Ölkə tarixində bu ilk hadisədir. Ləğv Planları ilə bağlı əvvəllər də şikayət versəm də, təsdiq edilmirdi. Artıq 2019-cu ilin ikinci yarısı olmasına bamayaraq “Bank Standard”ın ötən il üzrə təsdiqlənmiş Ləğv Planı yoxdur".

Ekspertin sözlərinə görə, Ali Məhkəmə şikayəti tam təmin etməsə də, bir sıra mühüm məqamları nəzərə alıb: "Ən əsası, Ali Məhkəmə qeyd edir ki, apellyasiya məhkəməsi “iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər ilə bağlı məsələyə və müsbət xalis aktivlər ilə bağlı məsələyə yenidən qiymət verməlidir”. Planda bankın xalis aktivlərə malik olduğunu göstərilir ki, müflis bankın xalis aktivi ola bilməz. Ali Məhkəmə buna da diqqət yetirib".

Bütün xəbərlər