Bu il Azərenerji 11 mlrd. 544 mln. kilovat/saat elektrik enerjisi istehsal edib

14:46 - 3.07.2019


3 iyul, Fineko/abc.az. Bu ilin 6 ayında Azərbaycanda elektrik enerjisinə tələbat 586 milyon kilovat/saat çoxalıb. Ötən ilin birinci yarısı ilə müqayisədə istehsal və ixrac artıb.

“Azərenerji” ASC-dən bildirilib ki, ilin ilk yarısında ASC tərəfindən xarici dövlətlərə 648 milyon kilovat/saat elektrik enerjisi ixrac edilib. Bu da ötən ilin birinci yarısı ilə müqayisədə 24 milyon kilovat/saat çoxdur.

Ötən ilin birinci yarısı ilə müqayisədə elektrik enerjisinin istehsalı da artıb. Belə ki, bu ilin 6 ayında 11 milyard 544 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Bu isə ötən ilin birinci yarısı ilə müqayisədə 521 milyon kilovat/saat çoxdur.

Məlumatda qeyd edilir ki, keçən ilin ilk 6 ayı ilə müqayisədə cari ilin müvafiq dövründə elektrik enerjisinə tələbat 586 milyon kilovat/saat artıb.

 

Bütün xəbərlər