"Tesla"-nın səhmləri bahalaşdı

14:58 - 3.07.2019


3 iyul, Fineko/abc.az. Elektrikli avtomobil istehsalçısı "Tesla"-nın səhmləri bahalaşıb.

Xarici medianın yaydığı məlumata görə, bu şirkətin ötən rüb ərzində rekord sayda elektromobil təhvil verməsindən sonra baş verib.

Belə ki, sözügedən məlumatın yayılmasından sonra "Tesla"nın səhmləri birdən birə 7% dəyər qazanıb.

Ötən rübdə 77 min 550 ədəd "Model 3s" təhvil verən şirkətin istehsalı bu nəticə ilə analitiklərin 73 min 144 ədədlik proqnozunu üstələyib.

Qeyd edək ki, bütün modellərin təslimatında isə ilk rüb ilə müqayisədə 51% artım qeydə alınıb və bütövlükdə 95 min 200 elektromobil təslim edilib. Analitiklər isə bu rüb üçün 89 min 84 elektromobil çatdırılacağı ilə bağlı proqnoz vermişdi.

 

Bütün xəbərlər