Bu il məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 mlrd. manatdan çox olub

15:50 - 3.07.2019


3 iyul, Fineko/abc.az. 2019-cu ilin yanvar-may aylarında muzdu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,3% artaraq 1 milyard 21,6 milyon manat təşkil edib, bu sahədən daxilolmalar üzrə proqnozlar 113,8% icra edilib.

Vergilər Nazirliyindən verilən məlumata əsasən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18,9% artaraq 667,5 mln. manat təşkil edib, proqnozlar 117,1% icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 74,2% artaraq 39,0 milyon manat təşkil edib, proqnozlar 116,5% icra edilib.

 

Bütün xəbərlər