Bakıda çalışanların orta aylıq əməkhaqqısı artıb

17:06 - 3.07.2019


3 iyul, Fineko/abc.az. Cari ilin yanvar-aprel aylarında əvvəlki ilə nisbətən paytaxtda çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 3,9 % artaraq 820 manat təşkil edib.

Bu barədə Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumatda qeyd edilir.

Xəbər verilir ki, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Bütün xəbərlər