AMB 100 milyon manat həcmində qısamüddətli notlar yerləşdirib

17:49 - 3.07.2019


3 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

BFB-in məlumatında deyilir ki, 3 iyul  tarixində AMB 50101076S dövlət nömrəli, 100 milyon manat həcmində, 28 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.

17 investor tərəfindən 629 434,4 min manat məbləğində 25 sifariş daxil olmuşdur. İnvestorlar qısamüddətli  notlar üçün  99,4966 AZN (6.51%) təklif etmişlər.

Mərkəzi Bankın qərarına əsasən, kəsmə qiyməti 99,4966 manat (gəlirlilik 6,51%), orta ölçülmüş qiymət də eyni səviyyəsində müəyyən edilmişdir. Nəticədə 100 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.

Notların ödəmə tarixi: 31 iyul 2019-cu il.

 

 

Bütün xəbərlər